Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > NDU-nun tələbələri Gəmiqaya Mebel Fabrikində istehsal prosesi ilə əyani tanış olublar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat, Gənclik > NDU-nun tələbələri Gəmiqaya Mebel Fabrikində istehsal prosesi ilə əyani tanış olublar

NDU-nun tələbələri Gəmiqaya Mebel Fabrikində istehsal prosesi ilə əyani tanış olublar


Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat ixtisasında təhsil alan tələbələrin Gəmiqaya Mebel Fabrikində istehsal prosesi ilə əyani şəkildə tanışlığı təşkil olunub.

Burada tələbələrə mütəxəssislər tərəfindən fabrikin yaranma tarixi, keçdiyi inkişaf yolu, o cümlədən müəssisədə gedən ümumi iş prosesinin mahiyyəti izah olunub, xammaldan hazır məhsul buraxılışınadək bütün istehsal mərhələləri haqqında məlumat verilib. Bildirilib ki, 2010-cu ildə fəаliyyətə başlayan müəssisədə müxtəlif çeşiddə mebel istehsalı üçün Almaniya, İtaliya və Türkiyənin müasir texnoloji avadanlıqları quraşdırılıb. Bu da istehsal olunan yüksəkkeyfiyyətli məhsulların analoji idxal məhsulları ilə müqayisədə daha ucuz qiymətə təklif olunmasına imkan verir. Hazırda fabrikdə “Belissa” əmtəə nişanı ilə divan-kreslo və yumşaq oturacaqlı stullar, həmçinin ofis, mətbəx, yataq, qonaq və uşaq otağı mebelləri, müxtəlif qapı-pəncərə modelləri hazırlanır. Müəssisədə istehsal olunan mebellər daxili tələbatı ödəməklə yanaşı, ölkəmizin digər regionlarına, eləcə də xarici ölkələrə ixrac olunur.

Geri dön