Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda 8 ton ehtiyatı olan qızıl mədəni aşkarlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda 8 ton ehtiyatı olan qızıl mədəni aşkarlanıb

İranda 8 ton ehtiyatı olan qızıl mədəni aşkarlanıb


İranın Sistan-Bəlucistan vilayətində 8 ton ehtiyatı olan qızıl mədəni aşkar edilib.

Bu barədə vilayət administrasiyasının nümayəndəsi Məndan Zəncənə deyib. O bildirib ki, aparılan kəşfiyyat işləri nəticəsində aşkar edilən mədənin yaxın vaxtlarda istismarına başlanacaq. Qızılın çıxarılması və dünya bazarına göndərilməsi üçün investisiyanın da zəruri olduğunu bildirən M.Zəncənə bu istiqamətdə işlərin həyata keçirildiyini qeyd edib.

Onun sözlərinə görə, Sistan-Bəlucistan vilayətində qızıl ilə yanaşı, titan və mis yataqları da mövcuddur. Mis yataqlarında 400 milyon tondan çox ehtiyat var.

Ümumiyyətlə son illər ərzində vilayətdə aparılan kəşfiyyat işləri nəticəsində 200 faydalı qazıntı mənbəyi aşkar edilib. Onlar yaxın zamanda istismar edilərək İran iqtisadiyyatının inkişafına yönəldiləcək.

Geri dön