Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çinin Kaşğar şəhərinə giriş-çıxış dayandırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Çinin Kaşğar şəhərinə giriş-çıxış dayandırılıb

Çinin Kaşğar şəhərinə giriş-çıxış dayandırılıb


Çinin Sincan Uyğur muxtar bölgəsinin Kaşğar şəhərində 138 nəfərin COVID-19 virusuna yoluxması aşkarlandıqdan sonra şəhərə giriş-çıxış dayandırılıb.

Qaşğar prefekturasının hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, oktyabrın 24-də Şufu rayonunda bir nəfərin virusa yoluxması təsdiqləndikdən sonra prefekturada kütləvi test prosesinə başlanılıb. İndiyədək 2,83 milyon nəfər testdən keçib, 334 min nümunənin cavabları çıxıb və nəticədə daha 137 nəfərin simptomsuz COVID-19 pasiyenti olduğu aşkarlanıb. Bildirilir ki, Şufu da daxil olmaqla prefekturanın 4,75 milyon sakininin test edilməsi nəzərdə tutulub.

Davam edən epidemioloji təhqiqat işləri çərçivəsində virusa yoluxanlarla yaxın təmasda olan şəxsləri müəyyyən olunur. Bu məqsədlə Qaşğardan kənara hava, dəmir yolu və avtomobil nəqliyyatı ilə sərnişin daşınması dayandırılıb. Ən yüksək səviyyədə fövqəladə hazırlıq dərəcəsi elan olunub. Qaşğara kənardan 600 nəfərlik tibbi heyət cəlb edilib.

Hələlik yoluxma zəncirinin kimdən başladığı bilinmir.

Geri dön