Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ordumuzun cəbhədə qazandığı nailiyyətlər Azərbaycan Prezidentinin xalqın maraqlarına söykənən xarici siyasəti sayəsində beynəlxalq arenada da davam etdirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Ordumuzun cəbhədə qazandığı nailiyyətlər Azərbaycan Prezidentinin xalqın maraqlarına söykənən xarici siyasəti sayəsində beynəlxalq arenada da davam etdirilir

Ordumuzun cəbhədə qazandığı nailiyyətlər Azərbaycan Prezidentinin xalqın maraqlarına söykənən xarici siyasəti sayəsində beynəlxalq arenada da davam etdirilir


Azərbaycan Ordusunun Qubadlı şəhərini işğaldan azad etməsi ilə BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi də tam icra olundu. İşğal altındakı rayon və kəndlərimizin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, ordumuzun gücü sayəsində ard-arda işğalçılardan təmizlənməsi ermənipərəst qüvvələri və bəzi böyük gücləri narahat edir. Belə ki, artıq bəzi xarici dairələr tərəfindən Azərbaycana çoxsaylı təzyiqlər edilir. Məqsəd ordumuzun zərbələrindən acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir.

Azərbaycan xalqının maraqları beynəlxalq arenada da təmin olunur

Bu təzyiqlərin növbətisi də bu günlərdə BMT Təhlükəsizlik Şurasının məsləhətləşmələrı zamanı müşahidə edildi. Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə istinad daxil edilməmişdi. Üstəlik, onlar bir sıra ölkələrin həmin qətnamələrə istinadın mətnə salınması ilə bağlı təkidli mövqeyini də qəbul etmədilər. Qoşulmama Hərəkatına üzv ölkələrin nümayiş etdirdikləri təkidli mövqe sayəsində həmsədr ölkələr bu sənədi geri götürməyə məcbur oldular. Bu, Azərbaycanın, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi nüfuzunun və təşkilatın daxilində mövcud olan həmrəyliyin göstəricisidir.

Oktyabrın 25-də ATƏT-in Minsk qrupu məsələ ilə bağlı bəyanat yaydı. Qeyd edək ki, bəyanatın ilkin layihəsi hazırkı mətndən tam fərqli idi. Azərbaycan tərəfi qəti mövqe nümayiş etdirərək bəyanatın birtərəfli olmasına etiraz etdi və onun yalnız humanitar atəşkəslə məhdudlaşdırılmasına nail oldu. Bəli, ordumuzun döyüş meydanında ard-arda qazandığı nailiyyətlər Azərbaycan Prezidentinin xalqın maraqlarına söykənən xarici siyasəti sayəsində beynəlxalq arenada da davam etdirilir.

Bir gün əvvəl yayılan xəritə: Ermənistan Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi faktını qəbul etmir

Bu vaxta qədər Azərbaycan və Ermənistan arasında üç dəfə humanitar atəşkəs barədə razılıq əldə edilib ki, bunlar da Ermənistan tərəfindən pozulub. Bu gün səhər saatlarında humanitar atəşkəsin qüvvəyə minməsindən bir neçə dəqiqə sonra Ermənistan tərəfi humanitar atəşkəsi yenidən pozdu.

Ermənistan baş naziri isə öz erməni xislətinə sadiqliyini yenə də nümayiş etdirir, özünün “Twitter” hesabında guya Ermənistan ordusunun atəşkəsə əməl etdiyi ilə bağlı paylaşımlar edir. Bu addım özü də hiyləgərliyin bir nümunəsidir. Belə ki, bir gün əvvəl Ermənistan mətbuatında Azərbaycan Ordusunun guya torpaqlarımızın çox az bir hissəsini işğaldan azad etməsinə dair xəritə yayıldı. Görünən odur ki, Ermənistan hakimiyyəti Azərbaycan Ordusunun bu uğurlarını qəbul etmək istəmir. Elə bu səbəbdəndir ki, onlar qəbul edilən humanitar atəşkəsə əməl etmirlər.

Bəyanatların özünə gəldikdə isə ilk olaraq vurğulanmalıdır ki, burada söhbət atəşkəsdən deyil, humanitar atəşkəsdən gedir. Bəyanatda yer alan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müfəssəl həlli prosesi ilə paralel getməlidir. Bu, o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir. Bəyanatda öz əksini tapmış “vaxt cədvəli” ifadəsi məhz bunu nəzərdə tutur. Eyni zamanda, atəşkəsin monitorinqi üzrə parametrlər Ermənistandan işğal olunmuş ərazilərə silah, canlı qüvvə daşınmasına nəzarət olunmasını da ehtiva etməlidir. Bu mənada həmsədrlərin bəyanatında yer almış məqamların geniş surətdə müzakirə olunmasına və razılaşdırılmasına ehtiyac var.

Baza prinsiplərini rədd edən, bir neçə gün öncə “Münaqişənin diplomatik həlli yoxdur” deyən Paşinyan bir tərəfdən danışıqlar üçün ABŞ-a yalvarır, digər tərəfdən isə Ermənistana müxtəlif mənbələrdən silahların daşınması davam edir. Bu, Ermənistanın növbəti humanitar atəşkəsə də riayət etmək fikrində olmadığını göstərdi.

Azərbaycan isə növbəti dəfə humanizm prinsiplərinə sadiqliyini göstərərək danışıqlara başlamağa hazır olduğunu nümayiş etdirdi. Lakin Azərbaycanın yeganə tələbi odur ki, Ermənistan ordusu işğal altında olan bütün torpaqlarımızdan çıxarılmalıdır. Ermənistanın baş naziri bununla bağlı bəyanat verməli, siyasi iradə nümayiş etirməlidir. Görünən odur ki, ordusunun aciz vəziyyətdə olması, hər gün yüzlərlə erməni əsgərinin ölməsi belə Paşinyanın şəxsi maraqlarından üstün deyil.

Geri dön