Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan dili və ingilis dili fənləri üzrə buraxılış imtahanları üçün proqramlar müzakirə edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Azərbaycan dili və ingilis dili fənləri üzrə buraxılış imtahanları üçün proqramlar müzakirə edilib

Azərbaycan dili və ingilis dili fənləri üzrə buraxılış imtahanları üçün proqramlar müzakirə edilib


Dövlət İmtahan Mərkəzində Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

Mərkəzən bildirilib ki, iclasların gündəlik məsələsi ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanları üçün proqramların müzakirəsi olub.

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı təkliflər veriblər. Proqramların təkmilləşdirilməsində təkliflər nəzərə alınıb.

Noyabrın 2-də ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı modelinin müzakirəsi aparılacaq.

Geri dön