Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Müdafiə Nazirliyi: Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Azərbaycan Müdafiə Nazirliyi: Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib

Azərbaycan Müdafiə Nazirliyi: Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib


Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı görülən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 29-da gün ərzində cəbhənin bir neçə istiqamətində düşmənin hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Görülən cavab tədbirləri nəticəsində hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib. Belə ki, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini polkovnik Viktor Arustamyan məhv edilib.

Geri dön