Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kəleybərdə kütləvi zəhərlənmə baş verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Kəleybərdə kütləvi zəhərlənmə baş verib

Kəleybərdə kütləvi zəhərlənmə baş verib


10 Noyabr 2020-ci il çərşənbə axşamı günü, Kəlyebər valisi “Ədalət Hacipur”, Abşəhməd mahalının 200 sakininin tibb məntəqələrinə göndərildiyini bildirdi.



Onun sözlərinə görə, bu insanların hamısı bir gündə qarın ağrısı və qusma kimi oxşar simptomlarla xəstəxanalara və sağlamlıq mərkəzlərinə müraciət ediblər.



Hacipur zəhərlənmənin səbəbinin məlum olmadığını söyləyib.

O, Zəhərlənmənin səbəbini tapmaq üçün bölgə suyundan nümunələr götürüldüyünü qeyd edib.



Kəleybər valisi, çərşənbə axşamı xəstəxanaya bu simptomlarla yeni bir xəstənin müraciə etmədiyini, məsələnin nəzarət altında olduğunu bildirib.



Vətəndaşların çirklənmiş və su içərək zəhərləndikləri xəbəri İran mediasında dəfələrlə yayımlanıb.

Abşəhməd, Təbrizdən 185 km şimal-şərqdə, “Arasbaran”(Qaradağ) meşə sahəsindədir.Bu bölgə ölkə səviyyəsində bənzərsiz təbiəti və isti su qaynaqları ilə məşhurdur.

Geri dön