Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Azəriqaz”: Paytaxt üzrə əhali abonentlərinin sayı 900 minə çatır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > “Azəriqaz”: Paytaxt üzrə əhali abonentlərinin sayı 900 minə çatır

“Azəriqaz”: Paytaxt üzrə əhali abonentlərinin sayı 900 minə çatır


Yanvar-oktyabr ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 61 min 453 yeni abonent qeydiyyata alınıb.

Birlikdən bildirilib ki, bunun 44 min 176-sı Bakı, Abşeron və Sumqayıt, 17 min 277-si isə regionlar üzrədir. Oktyabr ayı ərzində isə əhali sektoru üzrə qeydiyyata alınan yeni abonentlərin sayı 7115 təşkil edib. Bunun 5404-ü Bakı, Abşeron və Sumqayıt, 1711-i isə regionlar üzrədir.

Beləliklə, hazırda “Azəriqaz”ın ümumi əhali abonentlərinin sayı 2 milyon 310 min 414 təşkil edir. Bunun 1 milyon 413 min 177 abonent regionların, 897 min 237 abonent isə Bakı şəhərinin payına düşür.

Geri dön