Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İmişlidə tərəvəz sahələrinin hər hektarından 126 sentner məhsul götürülür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > İmişlidə tərəvəz sahələrinin hər hektarından 126 sentner məhsul götürülür

İmişlidə tərəvəz sahələrinin hər hektarından 126 sentner məhsul götürülür


İmişlili fermerlər cari ilin məhsulu üçün erkən yazda 164 hektardan çox sahədə tərəvəz əkiblər. Məhsul istehsalçıları bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə məhsul bol olub.

Rayon statistika idarəsindən bildiriblər ki, bu mövsüm imişlili əkinçilər 164.4 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdən bol məhsul yetişib. Xeyli vaxtdır ki, sahələrdə yetişmiş məhsulun yığımı aparılır və bu günədək 2 min 71.9 ton tərəvəz tədarük edilib. Hər hektarın məhsuldarlığı 126 sentner olub. Yığılan məhsulun 430.6 tonunu xiyar, 7 min 51.1 tonunu pomidor, 91.5 tonunu badımcan, 145.3 tonunu soğan, 101.1 tonunu sarımsaq, 126.9 tonunu kələm, 16.9 tonunu bibər, 39.6 tonunu yerkökü, 67.6 tonunu süfrə çuğunduru ,3 min 391.8 tonunu şəkər çuğunduru, 241.5 tonunu isə sair tərəvəz təşkil edib.

Rayonda tərəvəz yığımı davam edir.

Geri dön