Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Həftəsonu Bakıda növbəti əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Həftəsonu Bakıda növbəti əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Həftəsonu Bakıda növbəti əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq


Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə, son günlərdə COVID-19-a yoluxanlarının sayında artımın olması nəzərə alınaraq noyabrın 14-15-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur

Geri dön