Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Barselona" Ansu Fati ilə müqaviləsini yeniləməyə hazırlaşır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > "Barselona" Ansu Fati ilə müqaviləsini yeniləməyə hazırlaşır

"Barselona" Ansu Fati ilə müqaviləsini yeniləməyə hazırlaşır


İspaniyanın "Barselona" futbol klubu hücumçusu Ansu Fati ilə müqaviləsini yeniləməyə hazırlaşır.

"Marca" xəbər verir ki, Kataloniya klubu bir neçə həftə əvvəl danışıqlara başlayıb.

Eyni zamanda tərəflərin danışıqlarda irəliləyiş əldə etdiyi də qeyd olunub. Onun "Barselona" ilə hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayınadək etibarlıdır.

Bundan əvvəl, 18 yaşlı hücumçunun dizindəki zədəyə görə əməliyyat olunduğu və 3-4 ay müddətində yaşıl meydanlardan kənarda qalacağı bildirilmişdi.

Qeyd edək ki, A.Fati cari mövsümdə "Barselona"nın heyətində keçirdiyi 10 oyunda 5 qol vurub və bir məhsuldar ötürmə edib.

Geri dön