Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Münhendə Qarabağda qazanılan qələbə münasibətilə avtoyürüş keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Münhendə Qarabağda qazanılan qələbə münasibətilə avtoyürüş keçirilib

Münhendə Qarabağda qazanılan qələbə münasibətilə avtoyürüş keçirilib


Almaniyanın Münhen şəhərində Munhen Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın Qarabağda qazandığı böyük qələbə münasibətilə avtoyürüş keçirilib.

Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş avtomobil karvanı şəhərin mərkəzi meydan və prospektlərindən keçib. İştirakçılar şəhərin müxtəlif yerlərində bir neçə dəfə dayanaraq “Yaşasın Azərbaycan!”, “Yaşasın Azərbaycan-Türkiyə- Gürcüstan qardaşlığı!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” şüarlarını səsləndiriblər.

Yürüş iştirakçılar bu xoşbəxt günləri xalqımıza yaşadan Ali Baş Komandan İlham Əliyevə və müzəffər ordumuza təşəkkürlərini ifadə ediblər.

Geri dön