Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Honkonqda yaşayış binasında baş verən yanğında 7 nəfər ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Honkonqda yaşayış binasında baş verən yanğında 7 nəfər ölüb

Honkonqda yaşayış binasında baş verən yanğında 7 nəfər ölüb


Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış binasında baş verən yanğında 7 nəfər ölüb, 10 nəfər bədən xəsarəti alıb.

Yerli KİV-lər xəbər verir ki, yanğın noyabrın 15-də axşam saatlarında binadakı Nepal restoranında baş verib. Hadisə baş verən zaman restoranda Asiyanın bəzi ölkələrində qeyd olunan Divali festivalı ilə əlaqədar şənlik keçirilirmiş.

Yanğın təxminən 2 saat sonra nəzarət altına alınıb. Bildirilir ki, ölənlərin əksəriyyəti Nepaldan olan miqrantlardır. Ölənlərdən 1-i uşaqdır. Yaralılardan 7 nəfərinin vəziyyəti ağırdır.

Geri dön