Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qaxda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Qaxda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Qaxda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb


Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə COVID-19 virusuna yoluxmuş şəhər sakininin yaşayış yerini tərk etdiyi müəyyənləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini M.Allahverdiyevə ev şəraitində müalicə təyin olunsa da o, özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. M.Allahverdiyevin mağazaya getdiyi müəyyən olunub və əraziyə həkim briqadası dəvət edilib. Onunla profilaktik söhbətlər aparılıb və yaşadığı ünvana geri qaytarılıb.

M.Allahverdiyev barədə Qax Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır.

Geri dön