Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Lerikdə koronavirus infeksiyası ilə mübarizə sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Lerikdə koronavirus infeksiyası ilə mübarizə sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib

Lerikdə koronavirus infeksiyası ilə mübarizə sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib


Lerikdə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə rayonda yaradılmış Operativ Qərargahın növbəti iclasında koronavirus infeksiyası ilə mübarizə sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Koronavirus infeksiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən yığıncaqda çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbir iştirakçılarını Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Böyük Qələbə münasibətilə təbrik edib.

İclasda qeyd olunub ki, son günlər ölkəmizdə, o cümlədən Lerik rayonunda insanlar arasında koronavirus infeksiyası yoluxmalarının sayının artması bu sahədə çalışanlardan işə daha ciddi, məsuliyyətlə yanaşmağı tələb edir.

Diqqətə çatdırılıb ki, əhali arasında maarifləndirmə işini daha da genişləndirərək tibbi qoruyucu vasitələrdən istifadə etməklə ictimai yerlərdə, idarə, müəssisə və təşkilatlarda, iaşə obyektlərində, market və mağazalarda, küçə və meydanlarda sosial məsafəni gözləməklə bu bəladan qorunmaq mümkündür.

Bu məqsədlə ərazi icra nümayəndələri mobil qrupların üzvləri mütəmadi reydlər təşkil etməli, Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq rayonda qida məhsullarının ticarəti ilə məşğul olan marketlərdə, ictimai-iaşə obyektlərində və xidmət sahələrində əhali ilə fərdi söhbətlər aparmalıdırlar.

Qərargah üzvlərindən rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Lerik şəhər ərazi icra nümayəndəsi Ramal Məstiyev, Lerik Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Məqsud Ağayev və rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Abidin Alışanov çıxış edərək mövcud vəziyyət barədə məlumat verərək görüləcək işlərlə bağlı rəy və təkliflərini bildiriblər.

Çıxışlarda qeyd olunub ki, rayonun yaşayış məntəqələrində dəfn mərasimlərində kütləvi toplaşmanın, yas mərasimlərinin keçirilməsinin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilməli, koronavirus infeksiyasına yoluxmuş, hazırda evdə həkim nəzarəti altında müalicə alan vətəndaşların və onların ailə üzvlərinin tam izolyasiya edilməsi ərazi icra nümayəndələri, polis əməkdaşları və mobil qrup üzvləri tərəfindən daim nəzarətdə saxlanılmalı, onlarla gün ərzində ən azı 4-5 dəfə telefon əlaqəsi saxlanılmaqla, evlərini tərk etməmələri üçün lazımı ehtiyacları mobil qruplar vasitəsi ilə təmin olunmalıdır.

Geri dön