Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsveçrədə reanimasiya şöbələrində boş çarpayı qalmayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > İsveçrədə reanimasiya şöbələrində boş çarpayı qalmayıb

İsveçrədə reanimasiya şöbələrində boş çarpayı qalmayıb


İsveçrə xəstəxanalarının reanimasiya şöbələrində rəsmi olaraq boş çarpayı qalmayıb.

İsveçrə İntensiv Təbabət Cəmiyyəti pandemiya ilə əlaqədar vəziyyətin kollaps həddinə çatdığına dair məlumat yayıb. Məlumatda qeyd edilib ki, ölkədə reanimasiya şöbələrində yerləşən sertifikatlaşdırılmış və böyüklər üçün nəzərdə tutulan 876 çarpayı artıq xəstələrlə tutulub.

Cəmiyyətdən, həmçinin bildirilib ki, son həftələrdə çarpayı çatışmazlığının qarşısını almaq üçün bir sıra xəstəxanalarda nəzərdə tutulan cərrahi əməliyyatları təxirə salınıb və həmin çarpayılar COVID-19 xəstələrinin sərəncamına verilib. Eyni zamanda, əlavə çarpayılar sayəsində vəziyyətin nəzarət altında saxlanılmasına çalışılıb. Lakin bununla belə, intensiv təbabət şöbələri artıq öz imkanlarının sərhədinə çatıblar və COVID-19 pandemiyasının hazırkı dalğasının öhdəsindən gəlmək iqtidarında deyillər. Çarpayı çatışmazlığına görə xəstələrin bir qismi öz yaşayış yerinə yaxın xəstəxanalarda deyil, başqa kantonlardakı xəstəxanalarda yerləşdirilməli olublar və bu vəziyyət də ailə üzvləri üçün əlavə çətinliklər yaradıb.

Qeyd edilməlidir ki, hazırda İsveçrədə gündəlik yoluxma sayı 6115 nəfərə bərabərdir, noyabrın 6-da isə bu göstərici 10 min nəfəri ötmüşdü. Hazırda 3895 nəfər xəstəxana şəraitində müalicə alır, onlardan 544-ü reanimasiya şöbələrinə yerləşdirilib. Reanimasiya şöbələrindəki 345 xəstə isə digər xəstəliklərlə əlaqədar müalicə alırlar.

Geri dön