Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Noyabrın 21-də Brüsseldə İranla “5+1” ölkələri görüşəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Noyabrın 21-də Brüsseldə İranla “5+1” ölkələri görüşəcək

Noyabrın 21-də Brüsseldə İranla “5+1” ölkələri görüşəcək


Noyabrın 21-də Belçikanın paytaxtı Brüssel şəhərində İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri keçiriləcək.

Bu barədə Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun ofisindən məlumat verilib.

Ofisdən bildirilib ki, K. Eştonun sədrliyi ilə keçiriləcək görüşdə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin rəhbərlik etdiyi nümayəndə heyəti və “5+1” ölkələrinin təmsilçiləri iştirak edəcəklər. Görüşdə İranın mübahisəli nüvə proqramı əsas müzakirə mövzusu olacaq.

Geri dön