Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan-İtaliya mədəni əlaqələrindən bəhs edən kitab çap olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycan-İtaliya mədəni əlaqələrindən bəhs edən kitab çap olunub

Azərbaycan-İtaliya mədəni əlaqələrindən bəhs edən kitab çap olunub


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimovanın “Azərbaycan-İtaliya mədəni əlaqələri: tarix və müasirlik” mövzusunda monoqrafiyası çapdan çıxıb.

Bu barədə universitetdən məlumat verilib. Bildirilib ki, rus dilində çap olunan monoqrafiyada Azərbaycan və İtaliya mədəni əlaqələrinin yaranma və inkişaf tarixi qədim dövrdən başlayaraq XXI əsrin əvvəllərinədək tədqiq edilir. Kitab mədəni əlaqələrin inkişaf tarixinə, intensivliyinə, onların tarixi-siyasi və iqtisadi fonuna, ənənəvi formalarına əsaslanaraq müvafiq fəsillərə bölünüb. Burada Qədim Romanın Azərbaycana münasibəti, orta əsrlərdə formalaşan hərbi-ticari ittifaqlar, müasir mərhələdə strateji əməkdaşlıq müstəvisində formalaşan mədəni dialoq ünsürləri incələnir. Monoqrafiyada Azərbaycan və Vatikan mədəni münasibətlərinə dair geniş kulturoloji təhlil aparılır. Tədqiqatın əsas hissəsi müasir dövrdə Azərbaycan və İtaliyanın qarşılıqlı mədəni mübadiləsinin spesifikasına aiddir. Təhsil, ədəbiyyat, kino, teatr, musiqi, təsviri sənət sahələrinin faktlar əsasında təhlilinə əsaslanan araşdırmalar qarşılıqlı bədii obrazların, stereotiplərin formalaşması, müasir mərhələdə onların yenidən dəyərləndirilməsi aspektləri vurğulanır.

Kitabın redaktoru dosent Şirin Məlikova, rəyçilər professorlar Çingiz Abdullayev, Fuad Məmmədov və Rəna Məmmədovadır.

Geri dön