Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vətən müharibəsi və postkonflikt dövründəki fəaliyyətə dair hesabat hazırlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Vətən müharibəsi və postkonflikt dövründəki fəaliyyətə dair hesabat hazırlanıb

Vətən müharibəsi və postkonflikt dövründəki fəaliyyətə dair hesabat hazırlanıb


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Vətən müharibəsi və postkonflikt dövründəki analitik-informasiya və kommunikasiya tədbirləri barədə hesabat təqdim edib.

Bu barədə İİTKM-in Kommunikasiya departamentinin rəhbəri Zənurə Talıbova deyib.

Onun sözlərinə görə, hesabatda bu il sentyabrın 27-dən noyabrın 20-dək İİTKM tərəfindən Qarabağın iqtisadi inkişafı və Ermənistanla resurs müharibəsi mövzusunda hazırlanan materialların bir qismi barədə məlumatlar təqdim edilib. İİTKM-in 300-dən çox məqalə, müsahibə və şərhi dünyanın nüfuzlu media orqanlarında Azərbaycan, rus, ingilis, erməni, ispan, rumın, urdu və bolqar dillərində dərc olunub. Həmin məqalələrin bir qismi hesabatda nümunə kimi göstərilib.

Eyni zamanda, yerli və beynəlxalq TV və radio kanallarına açıqlamalar verilib. 20-dək TV və radioda 90-dək çıxış olub, Vətən müharibəsinin gedişində fərqli istiqamətlər üzrə 4 mətbuat konfransı keçirilib. Mətbuat konfranslarında İİTKM-in hazırladığı müvafiq araşdırmalar təqdim edilib. Bu araşdırmalar əsasən Ermənistanın Azərbaycana təcavüzü nəticəsində dinc əhaliyə və mülki infrastruktura dəymiş ziyan, Ermənistanın hərbi itkiləri barədə olub.

İİTKM–in sosial şəbəkələrdəki rəsmi səhifələrində 500-dən çox məlumatlandırıcı postlar paylaşılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Vətən müharibəsi və postkonflikt dövründəki analitik-informasiya və kommunikasiya tədbirləri barədə hesabatı ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Geri dön