Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Misir ehramları gender zəminində zorakılığa qarşı kampaniyaya dəstək olaraq narıncı rəngdə işıqlandırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Misir ehramları gender zəminində zorakılığa qarşı kampaniyaya dəstək olaraq narıncı rəngdə işıqlandırılıb

Misir ehramları gender zəminində zorakılığa qarşı kampaniyaya dəstək olaraq narıncı rəngdə işıqlandırılıb


Qədim Misir ehramları və Sfinks heykəli noyabrın 25-də başlayan gender zəminində zorakılığa qarşı kampaniyaya dəstək olaraq narıncı rəngdə işıqlandırılıb.

Misir Qadınlar Şurası və BMT-nin bu ölkədəki nümayəndəliyinin dəstəyi ilə keçirilən kampaniya dekabrın 10-da – Beynəlxalq İnsan Haqları Gününədək davam edəcək. Qeyd olunub ki, narıncı rəng bütün dünyada zərif cinsin nümayəndələrinə qarşı zorakılığa qarşı mübarizənin rəmzidir.

Misir Qadınlar Şurasının sədri Maya Mursi bildirib ki, bu gün qlobal problemlərdən biri kimi gündəmdə olan qadına qarşı zorakılıq cəmiyyətlərin siyasi, iqtisadi və mənəvi dayaqlarını sarsıdır. Onun sözlərinə görə, ərəb ölkələrində də aktual olan bu bəlanın aradan qaldırılması istiqamətində bütün ölkələrin vətəndaş cəmiyyətləri və hüquq müdafiəsi təşkilatları yerli hökumətlərlə daha sıx əməkdaşlıq etməlidir.

Geri dön