Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Göyçayda koronavirus pandemiyası təhlükəsinə qarşı mübarizə tədbirləri gücləndirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Göyçayda koronavirus pandemiyası təhlükəsinə qarşı mübarizə tədbirləri gücləndirilib

Göyçayda koronavirus pandemiyası təhlükəsinə qarşı mübarizə tədbirləri gücləndirilib


Göyçay rayonunda koronavirus pandemiyası təhlükəsinə qarşı mübarizə tədbirləri gücləndirilib və bu istiqamətdə dezinfeksiya işləri də qrafikə uyğun olaraq mütəmadi sürətdə davam etdirilir.

Rayon icra hakimiyyətindən bununla əlaqədar verilən məlumatda bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaşlar tərəfindən karantin rejimi qaydalarına əməl edilməsinə nəzarət məqsədilə reydlər keçirilir, habelə ictimai yaşayış evlərində, küçə və parklarda, əhalinin sıx olduğu yerlərdə dezinfeksiya işləri aparılır.

Təkcə son iki gündə çoxmərtəbəli yaşayış binalarının dəhlizləri, həyəti, avtovağzal kompleksi, parklar və küçələr, yol kənarları xüsusi dezinfeksiyaedici məhlulla yuyulub.

Geri dön