Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Paşinyan Qarabağdakı son əməliyyatlar barədə öz xalqına təkrar-təkrar alçaldıcı izahatlar vermək zorunda…
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Paşinyan Qarabağdakı son əməliyyatlar barədə öz xalqına təkrar-təkrar alçaldıcı izahatlar vermək zorunda…

Paşinyan Qarabağdakı son əməliyyatlar barədə öz xalqına təkrar-təkrar alçaldıcı izahatlar vermək zorunda…


Ermənistanın baş naziri Nikol Paşinyan hərbi əməliyyatlar zamanı Qarabağla bağlı danışıqların necə getdiyi barədə gün ərzində ikinci bəyanatla çıxış edib. O bu bəyanatı “Facebook” səhifəsində yayımlayıb. Paşinyanın sözlərinə görə, oktyabrın 19-da "dqr" in rəhbəri Araik Arutyunyan ona zəng edib. O, nəinki öz fikrini, həm də Qarabağ separatçılarının sabiq liderləri Arkadi Qukasyan və Bako Saakyanın, həmçinin Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın mövqelərini çatdırıb. Bundan sonra Paşinyan, Rusiyanın təkliflərinin məntiqinə uyğun olaraq, hərbi əməliyyatların dayandırılmalı olduğunu deyən Rusiya prezidenti Vladimir Putinə zəng edib və aşağıdakı məsələlər razılaşdırılıb: Qarabağın statusu məsələsinin həllini təxirə salmaq, keçmiş DQMV ətrafındakı rayonları vermək, Rusiya sülhməramlılarını yerləşdirmək.

Paşinyan yazır ki, o vaxt səslənən təklifə görə, sülhməramlılar keçmiş DQMV-nin sərhədləri boyu və Laçın dəhlizində yerləşməli idilər. Baş nazir bu variantı Qarabağ separatçılarının başçısına çatdırıb və Araik Arutyunyan razılaşdığını bildirib. Bundan sonra Paşinyan parlamentdənkənar qüvvələrin nümayəndələrinin iştirakı ilə müşavirə çağırıb və qəbul etdiyi qərarı təqdim edib. Görüşün bir çox iştirakçıları buna narazılıqla reaksiya verib, müşavirədən sonra isə bəziləri sosial şəbəkələrdə yazıb ki, Qarabağ uğrunda ümumxalq mübarizəsini əngəlləyənlər xəyanətkardır, başqa adları yoxdur.

Paşinyanın bir gündə iki müraciət etməsi diqqəti cəlb edib və geniş müzakirələrə səbəb olub. Maraqlıdır, Ermənistan baş nazirini imzalanan üçtərəfli bəynatla bağlı təkrar izahat verməyə vadar edən səbəb nə ilə bağlı ola bilər?

“Paşinyanın çıxışının 30 faizi daxili auditoriyaya hesablanırsa, 30 faizi Rusiyanın adamlarını “günah keçisi” etməyə...”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın belə “canfəşanlığının” bir sıra səbəbləri ola bilər: “Ermənistanda siyasi situasiya stabil deyil, çox böyük qarşıdurma hökm sürür. Mən sizinlə bir müddət əvvəl də söhbət edəndə demişdim ki, Paşinyan öz mövqelərini qoruyub saxlamağa nail olacaq. Onun dərhal istefaya göndəriləcəyini düşünənlər də az deyildi. Ancaq görünən budur ki, Paşinyan mövqelərini qorumağı bacarır. İş burasındadır ki, hazırda Ermənistanı idarə etmək məsuliyyətini öz üzərinə götürə biləcək siyasətçilər azdır. Bilirlər ki, ölkədə vəziyyət çox bərbaddır. Hazırda müharibənin fəsadlarını aradan qaldırmaq, itkinlərin, meyitlərin tapılması ilə məşğuldurlar. Onların prezidenti Armen Sarkisyan da bildirdi ki, yalnız müharibədə deyil, bütün sahələrdə uduzublar. İqtisadiyyatın çox ağır vəziyyətə düşdüyü bildirilir. Görünən budur ki, Paşinyan verdiyi vədlərin heç birini yerinə yetirə bilmədi. Bütün bunları görən Paşinyan öz xitablarını yalnız daxili auditoriyaya etmir. Həm də xaricdəki ağalarına mesaj ötürməklə məşğuldur. O, himayədarları qarşısında götürdüyü öhdəliyi də yerinə yetirə bilmədi. Əsas məqsəd bu idi ki, Rusiya ilə Türkiyəni üz-üzə gətirib, uzun sürən müharibəyə təhrik etsin. Əslində, Qərb bundan sonra prosesə qarışmağı düşünürdü. Fransanın da gecikməsi bununla bağlı idi. Paşinyan indi izah etməyə çalışır ki, ondan asılı olmayan səbəblərdən ildırım sürətli proseslər baş verib. Əvvəldə parlamentdə bir çıxış edib, müharibənin getməsinə icazə istəmişdi. İndi müharibə istəyən partiyaları prosesdən kənarlaşdırmaq istəyir. Bilir ki, onlar Rusiya ilə əlaqəyə girib, hakimiyyətə qayıtmaq layihəsində yer ala bilərlər. Onları indidən qabaqlamaq istəyir. Beləliklə, Paşinyanın çıxışının 30 faizi daxili auditoriyaya hesablanırsa, 30 faizi Rusiyanın adamlarını “günah keçisi” etməyə, qalan 40 faizi isə xaricdəki havadarlarına ünvanlanır. Onlara hesabat verir ki, özünə bağlı qüvvələri yanında saxlaya bilib, bağlı olmayanları isə müharibədə ölümə göndərməyi bacarıb. Paşinyan məğlubiyyətlə tam barışıb. Hazırda xaricdən bir qədər vəsait almağı da hədəfləyir”.

Müsahibimizin sözlərinə görə, Paşinyan bilir ki. hakimiyyətdən getsə, fiziki mənada sağ qalma ehtimalı çox azdır.

Məhəmmədəli QƏRİBLİ

Geri dön