Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aybəy İsayev: “Azərbaycan hökuməti ən çətin anlarda Gürcüstana maddi-mənəvi dəstək verib”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Aybəy İsayev: “Azərbaycan hökuməti ən çətin anlarda Gürcüstana maddi-mənəvi dəstək verib”

Aybəy İsayev: “Azərbaycan hökuməti ən çətin anlarda Gürcüstana maddi-mənəvi dəstək verib”


Azərbaycan Gürcüstanın yaxın strateji tərəfdaşıdır və bu iki ölkə arasında münasibətlərin normal şəraitdə inkişafı üçün zəmin yaradır.

Bu sözləri Tiflisdən Gürcüstandan Qafqaz məsələləri üzrə analitik Aybəy İsayev Gürcüstan-Azərbaycan əlaqələrini şərh edərkən bildirib.

“Hər iki ölkə transmilli enerji, nəqliyyat və kommunikasiya layihələrinin həyata keçirilməsində əməkdaşlıq edir. Nəzərə alsaq ki, Azərbaycan Gürcüstana ən böyük sərmayə yatıran ölkələrdən biridir (bura həm dövlət, həm də özəl sektor daxildir), o zaman Azərbaycanın Gürcüstanın xarici siyasətində oynadığı rolu anlamaq olar”,-deyə analitik qeyd edib.

Analitik uzun illərdi ki, Azərbaycan və Gürcüstan arasında dostluq və əməkdaşlıq münasibətləri ikitərəfli və çoxtərəfli qaydada uğurla inkişaf etməkdə olduğunu bildirib.

”Azərbaycan hökuməti ən çətin anlarda Gürcüstan xalqına və dövlətinə maddi-mənəvi dəstək verib. Hesab edirəm ki, hər iki tərəf bu əlaqələrin bütün sahələrdə dərinləşməsi, əməkdaşlığın əhatə dairəsinin genişlənməsi üçün səylərini bundan sonra da ardıcıl şəkildə davam etdirməlidir”, - deyə A.İsayev söyləyib.

Elnur Eltürk

Geri dön