Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDHP sədrinin Şimali Kiprə səfəri başa çatdı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Özəl xəbər > MDHP sədrinin Şimali Kiprə səfəri başa çatdı

MDHP sədrinin Şimali Kiprə səfəri başa çatdı


Azərbaycanın millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri başa çatdı. Səfər zamanı Deputat ŞKTC-nin ADA televiziyasında canlı yayımda çıxış edib.
Bir qədər sonra Fərəc Quliyev Prezident sarayında Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Derviş Eroğlu ilə görüşüb. Müxtəlif məsələlərin müzakirə olunduğu görüşdə MDHP sədri ölkə başçısını ŞKTC-nin İstiqlal bayramı münasbəti ilə təbrik edib. Türk dünyasının dərin inteqrasiyası məsələlərinə toxunan F.Quliyev Dərviş Eroğluna 1998-ci ildə məhbəsdə yazdığı «YeniDünya Düzəni siyasətində Azərbaycanın yeri və rolu” kitabını təqdim edib. Şimali Kiprin prezidenti Azərbaycan millət vəkilinin təkliflərini dəstəklədiyini bildirib.
Prezidentlə görüşdən sonra Fərəc Quliyev ŞKTC-nin baş naziri İrsen Küçük və xarici işlər naziri Hüseyn Ozgürglə də görüşüb. Görüşlərdə millət vəkili F.Quliyev bildirib ki,biz Azərbaycan dövləti olaraq müxtəlif səbəblərdən ŞKTC və Kosovonu rəsmən tanıya bilməsək də, Türk dövlətlərinin ortaq idman yarışmaları – məsələn «Türk futbol kupası» və s. kimi tədbirləri bir yerdə keçirib bu cür işləri davam etməklə bu dövlətlərin informasiya izolyasıyasından çıxmasına yardım edə bilərik. Təklif ŞKTC-nin XİN başçısı Hüseyn Özgürg tərəfindən maraqla qarşılanıb.

Fərəc Quliyev günün ikinci yarısında ŞKTC Mücahidlər Dərnəyini ziyarət edib.

Axşam isə F. Quliyev baş nazir İrsen Kücük tərəfindən verilən ziyafətə qatılıb.

Millət Vəkili Fərəc Quliyev 15 noyabrda bayram münasibətilə dövlət tərəfindən təşkil olunan törənlərə qatılıb. Səhər Prezident sarayında Cumhur Başkanını təbrik etdikdən sonra yüksək rütbəli Türkiyə və ŞKTC hərbiçiləri ilə görüşən Millət Vəkili hərbi keçidi izləyib. Hərbi paraddan sonra F.Quliyev ŞKTC Məclis Başkanı Hasan Bozerle görüşüb.
Günün ikinci yarısında Kosovodan, Makedoniyadan, Türkiyədən, Almaniyadan, Belcikadan olan Millət vəkilləri ilə görüşən F.Quliyev Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Derviş Eroğlu tərəfindən verilən ziyafətə qatılıb.

MDHP başqanı, Millət Vəkili Fərəc Quliyev 16 noyabrda vətənə qayıdıb.

MDHP mətbuat xidməti.

"Üç nöqtə" qəzeti. ELMƏDDİN.

Geri dön