Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zərdabda yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Zərdabda yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlanıb

Zərdabda yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlanıb


Zərdab rayonunda yaşayış yerini qanunsuz tərk edən COVID-19 xəstəsi barədə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi - rayonun Xanməmmədli kəndində yaşayan Eşqin Məmmədovun virusun daha çox yayılmasına şərait yaratdığı müəyyən edilib.

Araşdırma zamanı məlum olub ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan həmin şəxs karantin qaydalarını kobud şəkildə pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq, yaşadığı ünvanı bir neçə dəfə tərk edib.

Polis əməkdaşları tibbi prosedurları gözləməklə E.Məmmədovu evindən kənarda olan zaman müəyyən edərək yaşadığı evə qaytarıblar. Onun barəsində Zərdab Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Geri dön