Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə 5 bal gücündə zəlzələ olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > Türkiyədə 5 bal gücündə zəlzələ olub

Türkiyədə 5 bal gücündə zəlzələ olub


Türkiyənin Siirt vilayətində Rixter cədvəli üzrə 5.0 bal gücündə zəlzələ olub.

Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla xəbər verir ki, yeraltı təkan Türkiyə vaxtı ilə saat 8.45-də qeydə alınıb.

Əhalinin böyük təşvişinə səbəb olan zəlzələ Diyarbəkir, Şırnak və Şanlı Urfa bölgələrində də hiss olunub.

Vilayət rəhbərliyinin bildirdiyinə görə, Siirt şəhərində dağıntı barədə məlumat yoxdur. Zəlzələnin ətraf bölgələrə təsiri araşdırılır.

Geri dön