Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Macarıstanda Niyazi və Fikrət Əmirovun yubileyləri qeyd olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, Diaspor > Macarıstanda Niyazi və Fikrət Əmirovun yubileyləri qeyd olunub

Macarıstanda Niyazi və Fikrət Əmirovun yubileyləri qeyd olunub


XX əsr Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında tanınan nümayəndələri Niyazi və Fikrət Əmirovun yubileyləri Macarıstanın paytaxtı Budapeşt şəhərində qeyd olunub.



Azərbaycanın Macarıstandakı səfirliyindən verilən məlumata görə, səfirliyin təşəbbüsü ilə Budapeştin məşhur “Dunay” simfonik orkestri ölkəmizin tanınmış incəsənət ustaları ilə birlikdə maestro Niyazinin 100, Fikrət Əmirovun 90 illik yubileyləri münasibətilə böyük konsert proqramı ilə çıxış edib.



Konsertin əvvəlində Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev çıxış edərək XX əsr Azərbaycan musiqi mədəniyyətinin keçdiyi zəngin inkişaf yolu, ünlü sənətkarlar Niyazi və Fikrət Əmirovun Azərbaycan və dünya musiqi sənətinə verdikləri böyük töhfələr barəsində danışıb.



Azərbaycanın xalq artisti, Opera və Balet Teatrının dirijoru Yalçın Adıgözəlovun rəhbərliyi altında orkestr Niyazinin “Rast” simfonik muğamını, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, “Kürdovşarı” simfonik muğamlarını və “Nəsimi” baletindən süitanı böyük müvəffəqiyyətlə ifa edib.



Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri, Azərbaycanın xalq artisti Azər Zeynalov və əməkdar artist Gülnaz İsmayılova yubilyarların əsərlərindən vokal partiyaları ustalıqla ifa ediblər. Fikrət Əmirovun “Sevil” operasından Sevilin və Balaşın ariyaları və dueti, Niyazinin “Arzu” romansı tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.



Budapeştin mərkəzindəki “Duna Palota” sarayında keçirilən yubiley konsertində Macarıstan incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri, musiqi həvəskarları iştirak ediblər.

Geri dön