Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə NATO-ya müraciət edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Türkiyə NATO-ya müraciət edəcək

Türkiyə NATO-ya müraciət edəcək


Türkiyə Suriya ilə sərhəddə yaranmış gərginliyin eskalasiyası ilə əlaqədar "Patriot" tipli raketlərin yerləşdirilməsi üçün NATO-ya müraciət etmək barədə yekun qərar qəbul edib.

Məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyindəki mənbə "CNN Turk" telekanalına bildirib.

Mənbənin sözlərinə görə, Türkiyə artıq bu gün bu xahişlə NATO-ya müraciət edəcək. Lakin hələ "Patriot" raketlərini hansı ölkənin - Almaniyanın, yoxsa Niderlandın tədarük edəcəyi məlum deyil.

Bundan əvvəl verilən məlumata görə, Almaniya və Niderland NATO üzrə müttəfiqləri olan Türkiyəni bu raket kompleksləri ilə təchiz etməyə hazırdır. Avropada yalnız bu iki ölkə ABŞ-ın "Patriot" raketlərinə malikdir. Hələ ötən həftə Almaniya və Niderland ilə Türkiyə arasında bu raketlərin alınması üzrə danışıqlar başlayıb.

Geri dön