Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azadlıq meydanında keçirilən Zəfər paradı paytaxt sakinlərinin böyük marağına səbəb olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azadlıq meydanında keçirilən Zəfər paradı paytaxt sakinlərinin böyük marağına səbəb olub

Azadlıq meydanında keçirilən Zəfər paradı paytaxt sakinlərinin böyük marağına səbəb olub


Bu gün Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı paytaxt sakinlərinin böyük marağına səbəb olub.

Bakılılar və şəhərimizin qonaqları Azadlıq meydanının yaxınlığında hərbçilərin və hərbi texnikanın keçidini, döyüş təyyarələrinin və helikopterlərin uçuşunu izləyiblər.

Müxbirlərimizin Bakı küçələrindən çəkdikləri fotoları təqdim edirik.

Xatırladaq ki, dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Möhtəşəm paradda Azərbaycan hərbçilərinin və Türk əsgərlərinin təntənəli keçidi olub. Həmçinin 150-dək hərbi texnika, o cümlədən raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri nümayiş etdirilib. Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri və helikopterləri uçuş edib.

Geri dön