Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünyada koronavirusa yoluxanların sayı 70 milyon nəfəri ötüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Dünyada koronavirusa yoluxanların sayı 70 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı 70 milyon nəfəri ötüb


Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 70 milyon nəfəri öt

Pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, dekabrın 10-da 678 min 686 nəfər koronavirus infeksiyasına yoluxub. Həmçinin ötən sutka ərzində 12 min 669 nəfər COVID-19 xəstəliyi səbəbindən həyatını itirib.

Saytın son məlumatına əsasən, dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 70 milyon 720 min 814 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 588 min 444 nəfərə çatıb. Eyni zamanda, 49 milyon 148 min 966 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 19 milyon 983 min 404 xəstədən 106 min 672 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 16 milyon 39 mini ötüb. Hindistanda 9 milyon 796 min, Braziliyada 6 milyon 783 min, Rusiyada 2 milyon 569 min, Fransada 2 milyon 337 min yoluxma qeydə alınıb.

Dünyada koronavirus qurbanlarının təxminən beşdəbiri Birləşmiş Ştatların payına düşür - 299 min 692 nəfər. Ölüm göstəricisinə görə, ilk beşliyə daxil olan Braziliyada 179 min 801, Hindistanda 142 min 222, Meksikada 112 min 326, Böyük Britaniyada isə 63 min 82 nəfər həyatını itirib.

Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

Geri dön