Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İslam ölkələrində 300 tədqiqatçı-alim üçün təqaüd təsis edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > İslam ölkələrində 300 tədqiqatçı-alim üçün təqaüd təsis edilib

İslam ölkələrində 300 tədqiqatçı-alim üçün təqaüd təsis edilib


İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) üzv ölkələrdə elm və innovasiyalı texnologiyalar üzrə elmi tədqiqatlar aparan 300 alim üçün təqaüd təsis edib.

Bu barədə təşkilatın keçirdiyi ikigünlük seminarda Baş katib Salim əl-Malik məlumat verib.

İslam dünyasında elmi tədqiqatlar və innovasiyalar üzrə yeni strategiyanın həyata keçiriləcəyini qeyd edən ICESCO-nun Baş katibi bildirib ki, əsas məqsəd təşkilata üzv olan ölkələrin universitetlərində alimlərin fəaliyyətinin daha səmərəli olmasını təmin etməkdir. O əlavə edib ki, yaxın gələcəkdə daha aktual olacaq rəqəmsal texnologiya və süni intellekt sahələrində yeni tədqiqatlar daha böyük maliyyə dəstəyi tələb edir. Eyni zamanda, həmin universitetlərin alimlərinin Qərb ölkələrinin aparıcı elmi-tədqiqat institutları ilə əməkdaşlığı da təmin ediləcək. Bu məsələdə ekoloji cəhətdən müasir qlobal tələblərə cavab verəcək “yaşıl texnologiyalar” üzrə tədqiqatlara da xüsusi diqqət yetiriləcək, İslam ölkələrində inkubator şəbəkələri və texnoparkların yaradılması həyata keçiriləcək.

Təqaüdlə yanaşı, ICESCO elm və texnologiya sahələrində ən yaxşı elmi tədqiqatlar üçün xüsusi mükafat da təsis edib.

Geri dön