Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan Zərdab rayon sakini tutulu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan Zərdab rayon sakini tutulu

Koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan Zərdab rayon sakini tutulu


Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə elan olunan xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Zərdab Rayon Prokurorluğunun daxil olan məlumatında bildirilib ki, rayon sakini 1978-ci il təvəllüdlü Məlikov Ceyhun Hamlet oğlunun COVID-19 virusu ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, yaşadığı evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratdığı müəyyənləşdirilib.

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Zərdab Rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Geri dön