Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “PAŞA Holding” və onun maliyyə törəmə müəssisələri “YAŞAT” Fonduna 2 milyon AZN köçürüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > “PAŞA Holding” və onun maliyyə törəmə müəssisələri “YAŞAT” Fonduna 2 milyon AZN köçürüb

“PAŞA Holding” və onun maliyyə törəmə müəssisələri “YAŞAT” Fonduna 2 milyon AZN köçürüb


“PAŞA Holding” və onun bank və sığorta müəssisələri 44 gün davam edən ikinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fonduna vəsait köçürüb. Belə ki, sözügedən Fonda “PAŞA Holding”, “PAŞA Bank”, “Kapital Bank”, “PAŞA Sığorta” və “PAŞA Həyat” tərəfindən ümumilikdə 2 milyon AZN ianə edilib.

“Ölkəmiz 44 günlük müharibə nəticəsində şanlı Qələbə əldə edərək öz ərazi bütövlüyünü bərpa etdi. Bu Qələbəni Azərbaycan xalqına yaşadan, Vətən uğrunda canlarından keçən əsgərlərin ailələrinə, eləcə də yaralı qazilərə dəstək göstərmək hər birimizin vətəndaşlıq borcudur. Düşünürəm ki, müharibə zamanı olduğu kimi, indi də hamımız güclərimizi səfərbər edərək Vətənimizə mənəvi və maddi dəstəyimizi əsirgəməməliyik”, - deyə “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov qeyd edib.

Qeyd edək ki, “PAŞA Holding” müharibə zamanı Silahlı Qüvvələrə Dəstək Fonduna yardım göstərən ilk şirkətlərdən olub. Bundan əlavə, holdinq ölkəmizin milli mənəvi dəyərlərini yaşatmaq ideologiyasına sadiq qalaraq həmvətənlərimiz arasında qələbə sevinci və milli vətənpərvərlik ruhunun artırılmasına öz töhfəsini vermək məqsədilə Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyəti Alim Qasımovun yeni əsərinin ərsəyə gəlməsinə də dəstək göstərib.

Geri dön