Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Danimarkanın Baş naziri bu yaxınlarda koronavirus əleyhinə yeni məhdudiyyətlərin qüvvəyə minəcəyini bəyan edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Danimarkanın Baş naziri bu yaxınlarda koronavirus əleyhinə yeni məhdudiyyətlərin qüvvəyə minəcəyini bəyan edib

Danimarkanın Baş naziri bu yaxınlarda koronavirus əleyhinə yeni məhdudiyyətlərin qüvvəyə minəcəyini bəyan edib


Danimarkanın Baş naziri Mette Frederiksen bu yaxınlarda koronavirus əleyhinə yeni məhdudiyyətlərin qüvvəyə minəcəyini bəyan edib.

Danimarka KİV-ləri xəbər verir ki, yeni məhdudiyyətlər barədə qərar COVID-19-la bağlı vəziyyətin gərginləşməsi nəzərə alınaraq qəbul edilib.

Mette Frederiksinin sözlərinə görə, Danimarkada koronavirus infeksiyasının yayılmasının kritik həddə çatması ilə bağlı təxirəsalınmaz tədbirlər görülməlidir. “Biz yubanmadan bu istiqamətdə təcili tədbirlər görməliyik”, - deyə o bildirib.

Təqdim olunan tədbirlər sırasına ölkədəki bütün ticarət mərkəzlərinin, o cümlədən yanvarın 3-dək aptek və supermarketlər istisna olmaqla mağazaların bağlanması daxildir. Görülən tədbirlər, həmçinin birinci dərəcəli əhəmiyyət daşımayan bütün bərbərxanaların və bir çox digər müəssisələrin işinin dayandırılmasını da əhatə edir.

Bundan əlavə, dekabrın 21-dən etibarən bütün məktəblilər tam distant təhsil üsuluna keçəcək. Qeyd edək ki, indiyədək yalnız yuxarı sinif şagirdləri sözügedən üsuldan istifadə ediblər.

Geri dön