Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstanda məhdudlaşdırıcı tədbirlər gücləndiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Qazaxıstanda məhdudlaşdırıcı tədbirlər gücləndiriləcək

Qazaxıstanda məhdudlaşdırıcı tədbirlər gücləndiriləcək


Koronavirus infeksiyasının artması və yayılmasının qarşısını almaq məqsədilə Qazaxıstanda dekabrın 25-dən 2021-ci il yanvarın 5-dək məhdudlaşdırıcı tədbirlər gücləndiriləcək.

Qazaxıstanın Baş naziri Askar Mamin ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün İdarələrarası Komissiyanın iclasını keçirib.

İclasda 2020-ci il dekabrın 25 –dən 2021-ci il yanvarın 5-nə qədər əyləncə, idman və digər kütləvi tədbirlərin, o cümlədən Yeni il şənliklərinin və bayram korporativ tədbirlərinin keçirilməsinə qadağa qoyulub.

Hökumət başçısı regionda epidemioloji durumdan asılı olaraq vəziyyətin sabitləşdirilməsi üçün lazımi məhdudlaşdırıcı tədbirlər görməyi tapşırıb.

Hazırda ölkənin 5 regionu - Atyrau, Kostanay, Pavlodar, Şimal-Qazaxıstan və Akmola vilayəti COVID -19 infeksiyasının yüksək və orta risk zonasına daxildir.

Geri dön