Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ötən gün 38 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq evə qaytarılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Ötən gün 38 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq evə qaytarılıb

Ötən gün 38 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq evə qaytarılıb


COVID-19 infeksiyasına yoluxan aktiv koronavirus xəstələrinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena karantin rejimlərinin pozulmasına qarşı mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətin bildiriblər ki, daxili işlər orqanlarının əməkdaşları dekabrın 19-20-da respublika ərazisində 38 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Onlardan 35 nəfər evə qaytarılıb, 3 nəfər daha ağır xəstə xəstəxanaya yerləşdirilib.

Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 26 nəfər barədə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb.

Hazırda həmin işlər üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Geri dön