Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Culfa rayonunda Vətən müharibəsi qazilərinə xüsusi səhiyyə xidməti göstərilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Culfa rayonunda Vətən müharibəsi qazilərinə xüsusi səhiyyə xidməti göstərilib

Culfa rayonunda Vətən müharibəsi qazilərinə xüsusi səhiyyə xidməti göstərilib


Muxtar respublikada Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, onlara yüksək səviyyədə səhiyyə xidmətinin göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublika Xəstəxanasının kollektivi Culfa rayonunda yaşayan Vətən müharibəsi qazilərimizin evlərində olublar.

Aksiya çərçivəsində yaralı hərbi qulluqçularımıza müxtəlif ixtisaslı həkim kollektivi tərəfindən xüsusi səhiyyə xidməti göstərilib.

Vətən müharibəsi qaziləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb. Komissiyanın təşkilatçılığı ilə aksiya muxtar respublikanın digər rayonlarında da keçiriləcək. Xatırladaq ki, bundan əvvəl səhiyyə ocağının kollektivi Naxçıvan şəhərində qazilərimizin səhhəti ilə maraqlanıb, onlara tibbi yardım göstəriblər.

Geri dön