Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Qəhrəman Gültəkin Əsgərovanın xatirəsi anılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Milli Qəhrəman Gültəkin Əsgərovanın xatirəsi anılıb

Milli Qəhrəman Gültəkin Əsgərovanın xatirəsi anılıb


Bugün Bakıda 200 saylı orta ümumtəhsil məktəbində bu təhsil ocağına adı verilmiş şəhid Milli Qəhrəman Gültəkin Əsgərovanın anım tədbiri keçirilib. Milli Qəhrəmanın doğum günü münasibəti ilə keçirilən anım tədbirində ziyalılar, şəhid ailələrinin nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak edib.

Tədbirində çıxış edən millət vəkili Qənirə Paşayeva Ermənitsanın Azərbaycan torpaqlarına qarşı işğalçılıq siyasəti başlayandan xalqın qeyrətli oğulları ilə yanaşı vətən qızlarının da silaha sarıldığını, bir neçəsinin Milli Qəhrəman və şəhidlik mərtəbəsinə yüksəldiklərini deyib.

Xanım deputat Gültəkin Əsgərovanın bu mənada örnək ömür qoyub getdiyini, şagirdlərin, qızların Gültəkin Əsgərova kimi Azərbaycan xanımlarının ömür yolunu öyrənməsini tövsiyyə edib.

Milli Qəhrəmanın anası Rəfiqə Əsgərova qızının adını, xatirəsini əziz tutan Azərbaycan dövlətinə, xalqına şükranlığını ifadə edərək, onun həyat yolu haqqında danışıb.

Sonra məktəbin şagirdləri Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Geri dön