Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə indiyədək 340 nəfər uğur qazanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə indiyədək 340 nəfər uğur qazanıb

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə indiyədək 340 nəfər uğur qazanıb


Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

DİM-in yanvarın 7-si saat 10:55-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 340 nəfər uğur qazanıb. Onlardan 183-ü Təhsil Nazirliyində, 30-u Dövlət Statistika Komitəsində, 24-ü Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 18-i Maliyyə Nazirliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə yanvarın 29-da başa çatacaq.

Geri dön