Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstan COVID-19-a qarşı Çin istehsalı olan peyvənd almaq niyyətindədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Gürcüstan COVID-19-a qarşı Çin istehsalı olan peyvənd almaq niyyətindədir

Gürcüstan COVID-19-a qarşı Çin istehsalı olan peyvənd almaq niyyətindədir


Gürcüstan koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Çin istehsalı olan peyvənd almaq niyyətindədir.

Bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklər və QİÇS Mərkəzinin baş direktoru Tengiz Tsertsivadze televiziyadakı çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Çində COVID-19-a qarşı peyvəndin beş növü var və Gürcüstan onlardan birini almağı planlaşdırır.

Mərkəzin rəhbəri deyib: “Dünyada Çin peyvəndinin reytinqi kifayət qədər yüksəkdir. Çin peyvəndi yüksək etibarlılığa sahibdir. Eyni zamanda, çinli mütəxəssislər virusun strukturunu və mənşəyini daha yaxşı bilirlər”.

Geri dön