Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistanda karantin rejimi daha altı ay müddətinə uzadıldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Ermənistanda karantin rejimi daha altı ay müddətinə uzadıldı

Ermənistanda karantin rejimi daha altı ay müddətinə uzadıldı


Ermənistan hökuməti koronavirusla bağlı tətbiq edilmiş karantin rejiminin müddətini daha 6 ay müddətinə, iyulun11-dək uzadıb.

Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

Bildirilir ki, karantin müddətində ictimai toplantı və məclislərdə 60 nəfərdən artıq iştirakçının olmamasına dair tətbiq edilən məhdudiyyət aradan qaldırılır, qapalı məkanlarda toplantılara da icazə verilir.

Əcnəbi vətəndaşlar yalnız azı 72 saat əvvəl keçirilmiş PCR testinin mənfi nəticə verməsinə dair rəsmi arayışla ölkə ərazisinə daxil ola bilərlər.

Qeyd edək ki, Ermənistanda əvvəlcə elan edilmiş karantin rejiminin müddəti yanvarın 11-də başa çatırdı.

Geri dön