Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Baldızını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Baldızını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub

Baldızını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub


Yanvarın 12-də saat 23 radələrində Şəki rayon sakini 1961-ci il təvəllüdlü Əhmədova Ruqiyə Şükür qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şəki Rayon Prokurorluğundan verilən məlumatda bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış̧ keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilibdir.

Aparılmış araşdırmalarla zərərçəkmişin bacısının əri 1984-cü il təvəllüdlü Cəlilov Rahim Tahir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış̧ mübahisə zamanı bıçaqla Ruqiyyə Əhmədovaya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Rahim Cəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş̧ üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Geri dön