Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə “Sinovac” vaksininin tətbiqinə hazırlıq işləri başa çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Türkiyədə “Sinovac” vaksininin tətbiqinə hazırlıq işləri başa çatıb

Türkiyədə “Sinovac” vaksininin tətbiqinə hazırlıq işləri başa çatıb


Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi peyvəndləmə aparmaq üçün Çində istehsal olunan “Sinovac” vaksininin tətbiqinə hazırlıq işləri başa çatıb. Bu gün kütləvi vaksinasiyaya start veriləcəyi gözlənilir.

İlk olaraq səhiyyə işçiləri peyvəndlənəcək. Xəstəxanalarda vaksinasiya üçün xüsusi otaqlar yaradılıb. Bu məqsədlə tibb işçiləri internetlə qeydiyyatdan keçərək müəyyən edilmiş vaxtda müraciət edəcəklər. Hər kəsə 28 günlük fasilə ilə iki doza vaksinin tətbiqi nəzərdə tutulub.

Qeyd edək ki, Türkiyə Çində istehsal olunan “Sinovac” vaksinindən 50 milyon doza sifariş edib. Ölkəyə gətirilən 3 milyon vaksin laboratoriya yoxlamalarından keçirilib və müəyyən olunmuş formada vilayətlər üzrə paylanılıb.

Geri dön