Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Pompeo İranı Əl-Qaidənin yeni bazası adlandırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Pompeo İranı Əl-Qaidənin yeni bazası adlandırıb

Pompeo İranı Əl-Qaidənin yeni bazası adlandırıb


TASS-a istinadən xəbər verir ki, bu açıqlamanı Vaşinqtonun Milli Mətbuat Klubunda çıxışı zamanı ABŞ Dövlət katibi Mayk Pompeo deyib.


O bildirib ki, hazırda terrorizmə sponsorluq edən ən böyük ölkə olan İran İslam Respublikası terror ortağı Əl-Qaidənin vətəninə çevrilib. “Bu, Amerikanın kontinental hissəsi də daxil olmaqla, ciddi bir təhlükə yaradır. Deyərdim, İran əslində Əl-Qaidənin fəaliyyətinin yeni coğrafi mərkəzi olaraq yeni Əfqanıstan olub, amma əslində vəziyyət daha pisdir. Əl-Qaidənin dağlarda gizləndiyi Əfqanıstandan fərqli olaraq, indi İran rejiminin möhkəm pərdəsi altında fəaliyyət göstərir”.


Diplomat əlavə edib ki, Əl-Qaidənin hazırkı lideri Ayman əz-Zəvahiri hazırda İrandadır.

Geri dön