Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bayden COVİD-19 pandemiyası ilə əlaqədar üçüncü maliyyə yardımı planını təqdim edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Bayden COVİD-19 pandemiyası ilə əlaqədar üçüncü maliyyə yardımı planını təqdim edib

Bayden COVİD-19 pandemiyası ilə əlaqədar üçüncü maliyyə yardımı planını təqdim edib


ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden koronavirusa qarşı mübarizə məqsədilə 1,9 trilyon dollar yardım, o cümlədən Amerika sakinlərinə 1400 dollar məbləğində stimullaşdırıcı çeklər ödənilməsi paketini təqdim edib.

“Amerika yardım planı” adlanan bu paketə Baydenin prezidentliyinin ilk 100 günü müddətində 50 milyon nəfərin vaksinləşdirilməsi və məktəblər açılması məqsədilə Milli immunlaşdırma proqramının icrası üçün nəzərdə tutulan 416 milyard dollar da daxildir.

Bundan əlavə, proqramda işsizliyə görə əlavə müavinətlərin ödənilməsi müddətinin uzadılması, yerli hakimiyyət orqanlarına və ştatların hökumətlərinə kömək, kiçik biznesin stimullaşdırılması tədbirləri də nəzərdə tutulur.

Geri dön