Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirilib

Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirilib


Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, "Təhsil" Respublika İdman Mərkəzinin və Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirilib.

33-ü qız olmaqla, 169 şahmatçının iştirak etdiyi xatirə yarışı İsveçrə sistemi ilə 7 turda hər iştirakçıya oyunun sonunadək 3 dəqiqə olmaqla baş tutub. Turnirdə Gəncə ilə yanaşı, Bakı, Sumqayıt, Lənkəran, Quba, Göyçay, Mingəçevir, Zaqatala, Samux, Göygöl, Balakən, Şabran və Neftçala şahmatçıları qalibiyyət uğrunda mübarizə aparıblar.

Yekun nəticələrə görə ilk 3 yeri tutmuş oğlanlar və qızlar müvafiq olaraq diplom və pul mükafatları ilə təltif olunublar.

Geri dön