Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanın tarixi abidələrini taleyin umuduna buraxan İran hökuməti İraqda tarixi abidənin təmirinə külli məbləğdə vəsait ayırır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycanın tarixi abidələrini taleyin umuduna buraxan İran hökuməti İraqda tarixi abidənin təmirinə külli məbləğdə vəsait ayırır

Güney Azərbaycanın tarixi abidələrini taleyin umuduna buraxan İran hökuməti İraqda tarixi abidənin təmirinə külli məbləğdə vəsait ayırır


Yanvar ayının 16-da İranın Mədəni İrs naziri “Əli Əsgər Munisan” “irna” xəbər agentliyinə verdiyi açıqlamada “abidənin tarixi dəyərini nəzərə alaraq “Mədain eyvanı”nın yenidən qurulması üçün əlaqədar dövlət qurumları ilə danışıqlar apardığını, lazim olan büdcənin ayrılması barədə razılıq verildiyini” deyib.



O, rəsmi məktubun "Planlaşdırma və Büdcə Təşkilatı"na göndərildiyini, vəsait ayırılan kimi iranlı mütəxəssislərin iraqlı həmkarları ilə birlikdə abidənin yenidən qurulma işinə başlayacaqlarını bildirib.



Munisan açıqlamasında ilkin dəyərləndirmələrə görə lazim olan vəsaitin 600 min dollar olduğunu əlavə edib.



“İranın Tarix və Mədəni Abidələrinin Qorunması və Bərpası İdarəsi”nin rəisi Hadi Əhmədi dünən, yanvarın 17-də mətbuata verdiyi müsahibədə bildirib ki: “Qarşıdakı həftə İran Mədəni İrs Nazirliyinin mütəxəssislərdən ibarət heyəti iraqlı həmkarları ilə yenidənqurma prosesini planlaşdırmaq üçün Bağdada səfər edəcək”.



Qeyd edək ki, son aylar Güney Azərbaycanın bir sıra bölgələrində, o cümlədən, Marağa, Zəncan, Təbriz, Tikantəpə, Qaradağ, Sarab və Culfada bir neçə tarixi abidə uçurdulub və ya baxımsızlıqdan dağılıb.



İranın Mədəni İrs Nazirliyinin yerli şöbələri abidələrin qorunması və yenidən qurulması ilə bağlı azərbaycanlıların çox saylı müraciətlərinə cavab olaraq büdcələrinin olmadığını bildirirlər. Azərbaycan abidələrini taleyin umuduna buraxan İranın Mədəni İrs Nazirliyi İraqda yerləşən abidənin yenidən qurulması ilə bağlı külli məbləğdə vəsait ayırır.

Geri dön