Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə sənəd qəbulu bu gün yekunlaşır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə sənəd qəbulu bu gün yekunlaşır

Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə sənəd qəbulu bu gün yekunlaşır


Bu gün 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsinə elektron sənəd qəbulu başa çatır.

Təhsil Nazirliyindən bildirilib ki, namizədlər saat 23:59-dək müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Namizədlərin daxil etdiyi məlumatlar yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması səbəbindən müsahibələr onlayn formatda, “Microsoft Teams” platforması üzərindən keçiriləcək. Fevral ayından isə müsahibə mərhələsinə başlanılacaq.

Geri dön