Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda və İrəvanda Azərbaycanın və Ermənistanın konsulluqları?.. Erməni QHT sektorunda təşəbbüs…
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Bakıda və İrəvanda Azərbaycanın və Ermənistanın konsulluqları?.. Erməni QHT sektorunda təşəbbüs…

Bakıda və İrəvanda Azərbaycanın və Ermənistanın konsulluqları?.. Erməni QHT sektorunda təşəbbüs…


Fərəc Quliyev: “İstənilən dövlətin bir-birilə diplomatik münasibət saxlamasının birinci şərti onun ərazi bütövlüyünün tanınmasından keçir”

Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri, tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyan Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edib.

G.Vanyan öz müraciətində "qısa müddət ərzində Bakı və Yerevanda müvafiq konsulluq xidmətlərinin açılışı ilə Ermənistan və Azərbaycan vətəndaşlarının hərəkət azadlığını təmin etməyi" xahiş edir. Hüquq müdafiəçisi onun müraciətinə qoşulmağa hazır olan Azərbaycan və Ermənistan vətəndaşlarına münasibətdə bütün dünyada xoşməramlı insanlar üçün "təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqların aradan qaldırılmasını" vacib sayır. Birincisi, Vanyan yazır ki, "uzun illərin irqçilik elementləri olan informasiya müharibəsinə baxmayaraq, Azərbaycanda yaşayan ermənilərə və Ermənistanda yaşayan azərbaycanlılara qarşı etnik nifrət zəminində məişət cinayətləri olmayıb".

İkincisi, "müharibənin nəticələri güman etməyə əsas verir ki, bu yaxınlarda hərbi rəqib olmuş bir ölkəyə səfər etmək istəyənlərin böyük axını olmayacaq, təhlükəsizlik qüvvələri bunu əsas tutaraq yarana biləcək arzuolunmaz insidentlərin qarşısını asanlıqla ala bilər", - deyə erməni hüquq müdafiəçisi qeyd edir.

Üçüncüsü, o davam edərək bildirir ki,"ikitərəfli və çoxtərəfli görüşlərin ölkələrimizin ərazisinə köçürülməsi Ermənistan-Azərbaycan münaqişəsinin qəti həlli prosesində etimad mühitinin yaradılması üçün zəruri zəmin yaradacaq".

Erməni QHT sektorundan qaynaqlanan bu təşəbbüsü necə qiymətləndirmək olar?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu təşəbbüsə müsbət cavab verilməlidir: “Bu, diplomatik münasibətlərin qurulmasından sonra mümkün ola bilər. Belə münasibətin qurulması isə o anlama gəlir ki, ölkələr bir-birinin ərazi bütövlüyünü tanıyır. Əgər Ermənistan tərəfi Azərbaycanın BMT-yə daxil olduğu sərhədləri tanıyacaqsa, biz də deyilən təşəbbüsü dəstəkləyə bilərik. Müstəqillik aktının 12-ci bəndinə görə, Azərbaycanın süverenliyi şərtsizdir və bütün əraziyə şamil edilir. O cümlədən Xankəndi, Xocavənd, Xocalıya və s. Ermənistan həmin ərazilərdən də ordusunu tam çıxaracaqsa, biz konsullluq fəaliyyətinin bərpası ilə bağlı məsələni müzakirə edə bilərik. Bu bizə siyasi üstünlük də vəd edir. Çünki bunun nəticəsində ermənilər öz utopik iddialarından əl çəkməli olacaqlar. Belə olacağı təqdirdə, Azərbaycanın daxilindəki sülhməramlılara da ehtiyac qalmır. Sərhədlərlə bağlı delimitasiya və demarkasiya işləri tam yekunlaşmış olacaq. Biz heç bir qonşu ölkə ilə düşmənçilik etmək fikrində deyilik. Ona görə də bu çağırışa müsbət cavab verməlik. Razı olduğumuzu bəyan etməliyik. İstənilən dövlətin bir-birilə diplomatik münasibət saxlamasının birinci şərti onun ərazi bütövlüyünün tanınmasından keçir. Buyursunlar, bu addımı atsınlar, biz də konsulluq fəaliyyətinin bərpasına icazə verək. Buna qarşı çıxmaq bizə diplomatiya müstəvisində məğlubiyyət gətirər. Deyərlər ki, Ermənistan bizim hətta ərazi bütövlüyümüzü tanıyırdı, biz razı olmadıq”.

Partiya sədrinin sözlərinə görə, biz müsbət reaksiya verib, onların özünü çətin seçim qarşısında qoymalıyıq.

Məhəmmədəli QƏRİBLİ

Geri dön