Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yeni Ramana yolu ilə Samir Əliyev küçəsinin kəsişməsində piyadalar üçün təhlükəsizlik tədbirləri görülüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Yeni Ramana yolu ilə Samir Əliyev küçəsinin kəsişməsində piyadalar üçün təhlükəsizlik tədbirləri görülüb

Yeni Ramana yolu ilə Samir Əliyev küçəsinin kəsişməsində piyadalar üçün təhlükəsizlik tədbirləri görülüb


Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə Yeni Ramana yolu ilə Samir Əliyev küçəsinin kəsişməsində işıqfor obyektləri və müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb.

Agentlikdən bildirilib ki, nəticədə növbəli hərəkət təmin edilərək yol nəqliyyat hadisələrinin baş vermə riski minimuma endirilib, ətrafda 2 tam orta məktəbin, 1 uşaq bağçasının yerləşməsi nəzərə alınaraq bütün istiqamətlər üzrə təşkil edilən nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların rahatlığı və təhlükəsizliyi təmin edilib

Geri dön